Sağlamlıq

Nə üçün əzələdaxili inyeksiyalar yana vurulur?

11 Oktyabr 2019 23:05
1 Şərh     Baxış: 19 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əzələdaxili inyeksiyalar əksər hallarda sağrı əzələsinə (yana) vurulur. Bunun bir neçə səbəbi var.

İlk növbədə sağrı əzələsi çox qalındır. Bu inyeksiyanın rahat yeridilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən iynənin vurulması üçün nəzərdə tutulmuş hissədə (sağrı əzələsinin yuxarı xarici hissəsi) qalın damarlar və qalın sinirlər keçmir. Lakin burada diqqətli və ehtiyatlı olmaq, inyeksiyanın texnikasını bilmək çox vacibdir.

Sağrının digər yerlərinə iynə vurmaq olmaz! Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu halda iynənin oturaq sinir və sağrı arteriyasına düşmək ehtimalı artır. Bu isə çox təhlükəlidir. İynənin oturaq sinirə düşməsi güclü ağrılar və bəzən hətta insanın əlil qalmasına səbəb ola bilər.  

3-cü səbəb odur ki, sinir uclarının bu yerdə az olması iynənin vurulmasını kifayət qədər ağrısız edir.

İynəni vurduqdan əvvəl dəqiqləşdirmək lazımdır ki, bu inyeksiya məhz əzələyə vurmaq üçün nəzərdə tutulub. Bu haqda ampulların üzərində xüsusi qeyd olur. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.