Anaların kabusu: uşağın saçına bit düşərsə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bitlər yaşamaq və çoxalmaq üçün insan qanına ehtiyac duyan parazitlərdir. Yetkin bir bit təxminən bir küncüt dənəsi böyüklüyündədir. Saç biti insan saçında yaşayan və çoxalan, çox kiçik, qanadsız, gündə 2-8 dəfə qan əmərək qidalanan boz böcəklərdir. Baş dərisinə yapışıb qanı əmir və yumurtlayaraq çoxalır. "Sirkə" adlanan yumurtaları isə saça möhkəmcə yapışıb qalır. Kəpəkdən fərqli olaraq onlar silkələməklə və ya daramaqla saçdan ayrılmır. 7-10 gün sonra, bu yumurtalar da canlı parazitə çevrilir.
Saç biti insan bədəni xaricində yalnız 48 saat yaşaya bilər və ev heyvanları üstündə yaşaya bilməz. Sirkə isə insan bədəni xaricində parça və adyal üzərində 10-15 gün ölmədən yaşaya bilər.
Bit baş dərisinə yapışdıqdan sonra qanı əmir. Bu zaman baş dərisi dözülməz dərəcədə qaşınır.
Qaşınmanın səbəbi baş dərisinin qıcıqlanmasına qarşı bədənin göstərdiyi allergik reaksiyadır.
Bit saçlı dəridə təxminən 30 günə qədər canlı qalır. Saçdan təmizləndikdən sonra 1-2 gün sağ qalan bitlər uça bilməsə də, yaxın təmas olarsa, bir başdan o biri başa keçirlər. Bitin keçmə yolları saç fırçaları, daraqlar, saç aksessuarları, hətta papaqlar ola bilər.
Bit təmizlənməsi üçün bildiyimiz ənənəvi yollar var. Məsələn, saatlarla oturub sirkə və biti başdan təmizləmək olar. Bitlər hərəkət etdiyindən çox vaxt yumurtaları tutmaq daha asandır. Bitləri daha aydın görüb tuta bilmək üçün isə qulaq arxaları və boyundan saç diblərinə yaxşı işıqlandırılmış bir mühitdə nəzər yetirilməlidir.
Bitlərin təmizlənməsində bu ənənəvi yol yeganə həll variantı deyil. Apteklərə müraciət edə bilərsiniz. Bitləri təmizləyən xüsusi və təsirli dərmanlar satılır.
Bit əleyhinə ideal müalicə necə olmalıdır?
- Tək dəfə ilə tez müddətdə təsir göstərməlidir.
- Bitlərin saça yenidən qayıtmasına mane olmalıdır.
- Yalnız bitləri deyil, sirkələri də yox etməlidir.
- İstifadəçi tərəfindən yaxşı qəbul edilməli, əks təsirləri olmamalıdır.
- İstifadəçiyə toksiki təsiri olmamalıdır.
Saç biti müalicəsində həm bitləri, həm də yumurtaları məhv etmək və təkrar qayıtmasının qarşısını almaq lazımdır. Müxtəlif formalarda bir çox bit öldürən dərmanlar var, lakin bunlar hamısı bit müalicəsində istənilən effekti vermir.
Müasir dövrdə permetrin tərkibli bit əleyhinə vasitələr qoruyucu xüsusiyyəti, istifadəsinin asanlığı, əks təsirlərinin az olması və etibarlı olması səbəbiylə ən çox seçilən dərmanlardandır.
Pedeks məhlulu xaricə tətbiq etmək üçün permetrin tərkibli bit əleyhinə vasitədir. Pedeks məhlulunun saç biti əleyhinə effektivliyi klinik testlərlə təsdiq olunmuşdur: Pedeks məhlulu bitləri bütün inkişaf mərhələsində (baş bitinin saça yapışmış sirkələrini də) məhv edir. Pedeks məhlulu eləcə də, bədən və qasıq nahiyəsində olan bitlərə də insektisid təsir göstərir.
İstifadə qaydası: Tükün dibləri Pedeks məhlulu ilə isladılır. Preparatı saçın qalınlığından asılı olaraq 25-50 ml istifadə etmək lazımdır. Bundan sonra başı 40 dəq. ərzində bağlı saxlamaq, sonra isə ilıq su və şampunla yumaq lazımdır. Yuduqdan sonra saçı xırda dişli daraqla daramaq lazımdır.
Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
-
Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ
-
Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin
-
Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
-
Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq
-
Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır
-
Yazda necə qidalanmaq lazımdır?
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib





