Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislər bildirirlər ki, pendirin ləzzətini və qida dəyərini itirmədən saxlanması ilk növbədə satın alınması ilə başlayır. Hər pendirin saxlanma şərtləri fərqlidir. Pendir mütləq +2/4 C-də, işıqsız mühitdə soyuducuda saxlanmalıdır.
Kalsium, protein, A, B, D, E vitaminləri baxımından zəngin qida qaynağı olan pendiri düzgün şərtlər altında saxlamaq vitamin və qida dəyəri baxımından böyük önəmlidir. Aile.lent.az pendirin hansı şərtlər altında saxlanması haqda maraqlı məlumatlarla sizi də tanış edir.
Mütəxəssislər pendiri alan zaman ilk növbədə son istifadə tarixinə diqqət etməyi tapşırır. Son istifadə tarixi keçmiş heç bir qidanı yemək olmaz. Əgər alacağınız pendirin istifadə tarixi yaxın vaxtlardırsa, onu almaq fikrindən daşının. Çünki alan kimi yeməyəcəksiniz və son istifadə tarixi yaxınlaşan məhsulları uzun müddət saxlamaq mümkün olmur. Qablaşdırılmasına fikir verin. Cızılmış, əzilmiş, korlanmış və ya deformasiyaya uğramış qablaşmadakı məhsulları almayın. Pendirin rənginin dəyişib-dəyişməməsinə fikir verin.
Soyuducuda saxlayın
Pendir tez bir zamanda yeyilməyəcəksə, öz qabında soyuducuda saxlanmalıdır. Qabından çıxarıldıqdan sonra mütləq başqa qabda saxlanmalı və qablaşdırılma vasitələrinə bükülərək qorunmalıdır. Əks təqdirdə pendir nəmini itirər, ətri və ləzzəti azalar. Otaq temperaturunda, süfrədə, piştaxtada saxlanılan pendir qablaşdırılmış pendirin içərisinə qatılmamalıdır. Başqa bir qapalı qabda duzlu su əlavə edilərək saxlanmalıdır.
Ağ pendiri öz suyunda saxlayın
Ağ pendir qablaşdırılması açıldıqdan sonra içməli suyun içinə duz qatılaraq hazırlanmış mayenin içərisində saxlanmalıdır. Bu, pendirin uzun müddət qida dəyəri və ləzzətini itirməmək üçün ən yaxşı vasitədir. Beləliklə, pendirin özünü daha yaxşı tutma müddəti də yaxşılaşacaqdır. Pendir və pendir növləri oksigendən uzaq saxlanmalıdır. Ağ pendiri doğrayan zaman bıçağı islatsanız, daha yaxşı dilimlənəcək. Qızardılmış pendirlər yeyilməzdən əvvəl 15-20 dəqiqə suda saxlanılarsa, tərkibindəki duz sovrular və həqiqi dadı ortaya çıxar. Ağ pendirdən başqa digər pendirlər yuyulmamalıdır. Su ilə təmas pendirin ləzzət və qoxusunun itməsinə səbəb olar. Pendir dondurucuda və otaq temperaturunda saxlanmamalıdır.
Holland pendiri isə dilimlərə bölünmədən saxlanmalıdır. Ehtiyacınız olan qədər kəsdikdən sonra pendiri öz qabında mühafizə etməniz məsləhətdir. Beləliklə, məhsul su itirmədən qurumayacaq və pendirin qalan hissəsi xarab olmayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib





