Sağlamlıq

Xorultunun qarşısını alan ÜSULLAR

14 İyul 2015 13:53
16 Şərh     Baxış: 41 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox insanın həyatını kabusa çevirən xoruldama əslində sağlamlıq problemidir. Xoruldamağın qarşısını necə almaq probleminin cavabını tapmazdan əvvəl xoruldamağa səbəb olan problemləri müəyyən etməyiniz lazımdır. Xoruldamaq bizdən çox, ətrafımızdakı insanları narahat etdiyi üçün ciddi problemlərə səbəb olur. Xüsusilə də xanımlar arasında xoruldama səbəbi boşanma ilə nəticələnir. Xoruldamağın qarşısını almağın bir çox yolu var. Publika.az bu problemdən xilas olmaq üçün bir neçə üsul tövsiyə edir.

Bunlara baxmayaraq, xoruldama problemindən xilas ola bilməsəniz, həkimə müraciət etməyi məsləhət görürük.
 
Xoruldamağın qarşısını almağın yollarından biri axşam yeməklərində ağır yeməklər yerinə daha yüngül yeməklərə üstünlük verməkdir. Çünki ağır yeməklər boğaz əzələlərini zəiflədərək xorultunu artırır. Xüsusən axşamlar tərəvəz yeməkləri ilə qidalanmağa çalışmalısınız. Yediyinizi mədənizin yaxşıca həzm etməsi üçün axşam yürüşü çox idealdır. Yatmağa yaxın yemək yeməməlisiniz. 2, ya da 3 saat əvvəl yemək-içməyi dayandırmalısınız.
 
Xoruldamağa səbəb olan başqa bir faktor isə yatış pozasıdır. Xüsusən kürəyi üstə yatmaq xoruldamanı artırır. Bunun üçün kürəyi üstə yatmaq əvəzinə, yan yatmağı yoxlamalısınız. Yan yatmaq xoruldamağı xeyli azaldır, ya da tamamilə ortadan qaldırır.
 
Boğazdakı zəifləmələr və burun tıxanmaları da həddindən artıq xoruldamağa səbəb olur. Boğaz içi infeksiyaları və boğaz iltihabı da xoruldamağın səbəblərindəndir. Bu problemlərdən xilas olmaq üçün mütləq həkim nəzarətindən keçməlisiniz.
 
Apteklərdə satılan burun bantlarını da sınaya bilərsiniz. Onların xoruldamağı qarşısını aldığı məlumdur.
 
Xüsusilə həddindən artıq kök insanlar daha çox xoruldayırlar, yəni çəki də xoruldamağın mühüm səbəblərindən biridir. Nizamlı məşq edərək artıq çəkidən qurtulmağa çalışmalısınız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.