Həkimlərdən qorxulu xəbərdarlıq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaqlar yemək zamanı yalnız su və ya süd içə bilərlər. Şirin meyvə şirələri və ya qazlı sular uşaqlardan mümkün qədər uzaq tutulmalıdır. İmkan varsa, uşaqların şirin qazlı sular içmələrini ümumiyyətlə yasaqlayın. Övladlarınızın xəstə, ən qorxulu mərəzlərə düçar adama çevrilməsini istəmirsinizsə, onun qidalanmasına, nə yeyib-içdiyinə ciddi fikir verin".
Britaniyanın Səhiyyə Nazirliyinin bu gün yaydığı "Valideynlərə müraciət"ində belə deyilir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, meyvə şirələrinin uşaqların orqanizmi üçün xeyirli olduğunu düşünən, bu şirələri vitamin və mikroelementlər mənbəyi sayan şəxslər yanılırlar.
Meyvə şirələrinə aludə olan uşaqların orqanizmlərində şəkər miqdarı da normadan minimum 40 faiz artıqdır.
Bundan başqa, yemək zamanı meyvə şirələri və ya qazlı sular içən uşaqlarda sürətlə kökəlmə, piylənmə, izafi çəki artımı, 2-ci tip şəkərli diabet, ürək-damar sistemində fəsadlar və ağır ürək çatışmazlıqları yaranır.
Britaniya Səhiyyə Nazirliyinin ekspertlərinin qəti fikrincə, uşaqların masasında qidalanma zamanı meyvə şirələri və qazlı sular olmamalıdır.
London Kral Kollecinin professoru, məşhur dietoloq Tom Sandersin dediyinə görə, şirin sular içmək insan orqanizmi üçün təhlükəlidir.
"Uşaqlar yemək yeyəndə belə zəhərlərdən, "təbii meyvə şirəsi" adı ilə satışa çıxarılan məhsullardan uzaq olmalıdırlar. Birdəfəlik anlamaq gərəkdir ki, marketlərdə heç bir halda saxlama müddəti 1 həftədən çox olan təbii meyvə şirəsi satıla bilməz. Reklamlara aldanaraq, tamaha əsir düşərək uşaqlarımızı xəstə, şikəst etməyək. Uşaq yemək yeyəndə masanın üstündə sadəcə adi su və ya süd olmalıdır", - Tom Sanders söyləyib. Onun sözlərinə görə, 250 millilitr portağal şirəsində 115 kalori və ya 7 çay qaşığı şəkər, 1 banka Coca-Colada isə 139 kalori var.
Oksford Universitetinin professoru Syuzan Cebb də hesab edir ki, uşaqlara heç bir halda, ümumiyyətlə şirinləşdirilmiş və ya qazlı içkilər, "təbii" meyvə şirələri vermək olmaz.
Britaniya Səhiyyə Nazirliyi hökumətə və parlamentə müraciət edərək meyvə şirələri kimi satılan içkilər, habelə sərinləşdirici və qazlı içkilərin qiymətlərinin bahalaşdırılmasını təklif edəcək.
"Şəkər vergisi" adlanan bu təklifə görə, Britaniyada 1 banka Coca-Colanın qiyməti 0,48 funt-sterlinqə çatdırılmalıdır.
Bundan başqa, ibtidai və orta məktəblər, habelə liseylərdən ən azı 300 metrlik məsafədə qazlı və sərinləşdirici içkilərin satışının yasaqlanması təklif olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





