Sağlamlıq

Bağırsaqların "düşmən"i olan QİDALAR

8 Aprel 2026 05:05
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gündəlik rasionumuzda yer alan bəzi adi qidalar bağırsaq funksiyasına mənfi təsir göstərə və müxtəlif xəstəliklərə yol aça bilər.

Milli.Az həmin qidaları sizə təqdim edir:

Mədə-bağırsaq traktının işini ilk növbədə emal olunmuş məhsullar pozur. Bu qidaların tərkibində adətən çox miqdarda konservantlar, rəngləndiricilər və süni əlavələr olur. 

Bağırsaqlara zərər verən digər qida kateqoriyası fastfudlardır. Belə qidaların tərkibində yüksək miqdarda doymuş yağlar, duz və şəkər var. Fastfud məhsullarının mütəmadi istehlakı piylənməyə, maddələr mübadiləsinin pozulmasına və ciddi bağırsaq problemlərinə gətirib çıxara bilər.

Şrniyyat və şəkərin həddindən artıq qəbulu da bağırsaq sağlamlığına mənfi təsir göstərir. 

Laktoza tərkibli süd məhsulları xüsusi qeyd olunmalıdır. Bu maddəyə qarşı dözümsüzlüyü olan insanlarda laktoza bağırsaq dispepsiyası simptomlarına - şişkinlik, ishal və qarın ağrılarına yol aça bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.