Ürək böhranı(infarkt) başlamazdan bir ay əvvəl xəbərdarlıq simptomları ortaya çıxa bilər.
Mütəxəssislər bildirir ki, ürək böhranı (infarkt) qəfil baş versə də, bəzi hallarda təxminən bir ay əvvəl bədəndə müəyyən xəbərdaredici əlamətlər özünü göstərə bilər. Bu siqnallar vaxtında ciddiyə alınarsa, riskin qarşısını almaq mümkün ola bilər.
Məlumata görə, bu əlamətlərdən biri ağız qoxusu ola bilər. Stomatoloji problemlər, xüsusilə diş əti xəstəlikləri zamanı ifraz olunan bəzi maddələrin damar divarlarında yığılan plaklarla oxşarlıq təşkil etdiyi bildirilir. Bu səbəbdən ağız sağlamlığının pozulması orqanizmdə damar tıxanıqlığı riskini artıra bilər.
Qeyd olunur ki, ağız qoxusu olan hər kəs xəstə deyil, lakin bu problem davamlıdırsa, diş müayinəsi və müalicə vacib sayılır. Mütəmadi diş fırçalama və ağız gigiyenası bu riskləri azalda bilər.
Digər mümkün əlamətlərdən biri bağırsaq problemləri ilə bağlıdır. Bəzi araşdırmalara görə, həzm sistemi pozğunluqları ürək-damar sistemi ilə əlaqəli ola və dolayısı ilə risk faktoru yarada bilər.
İnfarkt öncəsi müşahidə edilə bilən digər əlamətlər bunlardır:
Soyuq tərləmə
Əvvəllər asanlıqla çıxılan pilləkənləri birdən-birə çıxa bilməmək
Qeyri-adi halsızlıq və tez yorulma
Bundan əlavə, mütəxəssislər gündə 3 dəqiqə qaranlıq və sakit bir mühitdə dayanmağın stressi azaltdığını və dolayısı ilə ürək sağlamlığına müsbət təsir göstərə biləcəyini bildirir.
Həkimlər vurğulayır ki, bu əlamətlər təkbaşına infarkt mənasına gəlməsə də, davamlı və ya birlikdə müşahidə olunarsa, mütləq kardioloqa müraciət etmək tövsiyə olunur.
Fidan
Milli.Az





