Belə məşq heç bir işə yaramır - Mif imiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göz gimnastikasının görmə qabiliyyətini bərpa etməsi ilə bağlı fikirlər elmi baxımdan doğru deyil.
Milli.Az xəbər verir ki, bunu rusiyalı oftalmoloq Angelina Kazantseva bildirib. Onun sözlərinə görə göz üçün edilən məşqlər görmənin zəifləməsinin əsas səbəblərini aradan qaldıra bilmir.
Həkimin sözlərinə görə, miopiya (yaxıngörmə), hipermetropiya (uzaqgörmə), astiqmatizm kimi problemlər gözün anatomik quruluşu ilə bağlıdır. Bu pozuntular göz almasının uzunluğu, buynuz qişanın və ya büllurun əyriliyi ilə əlaqəlidir. Göz əzələ olmadığı üçün onu məşqlə "formaya salmaq" mümkün deyil. Eyni yanaşma yaşa bağlı presbiopiyaya, yəni yaşlılıq uzaqgörməsinə də aiddir. Bu, büllurun sərtləşməsi ilə gedən təbii prosesdir.
Mütəxəssis qeyd edib ki, göz məşqlərinə həddindən artıq ümid bəsləmək bəzən təhlükəli də ola bilər. Belə ki, insanlar bu üsullara güvənərək həkimə müraciəti gecikdirə, nəticədə vəziyyəti daha da ağırlaşdıra bilərlər.
Kazantseva vurğulayıb ki, göz gimnastikasının əsas rolu müalicə deyil, profilaktika və görmə yorğunluğunun azaldılmasıdır. Uzun müddət ekrana və ya kitaba baxdıqda göz əzələləri gərgin vəziyyətdə qalır. Bu isə gözlərdə quruluq, "qum hissi", baş ağrısı və görmənin müvəqqəti bulanması ilə nəticələnə bilər. Məşqlər qan dövranını yaxşılaşdırmağa, "quru göz" sindromunun qarşısını almağa və akkomodasiya spazmını, yəni yalancı miopiyanı azaltmağa kömək edə bilər.
Həkimin sözlərinə görə, gözlər üçün ən effektiv istirahət üsulu uzağa baxmaqdır. Məsələn, pəncərədən çölə, təbiət mənzərələrinə baxmaq gözləri daha yaxşı rahatladır. Gimnastika isə yalnız köməkçi vasitə sayılmalıdır.
Eyni zamanda, yüksək dərəcəli miopiya, torlu qişanın qopması və ya qlaukoma kimi ciddi problemləri olan şəxslərə göz məşqlərinə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)





