Sağlamlıq

Belin ağrıyır? - Alimlər deyir ki, gəzən adamlar...

22 İyun 2025 19:16
Baxış: 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xroniki bel ağrısının qarşısının alınması arasında birbaşa əlaqəni aşkar edən kohort təhlili aparıblar.

Milli.Az xəbər verir ki, bu barədə "Nnaked-science.ru" məlumat yayıb.

Məlum olub ki, 1,5 saat gəzmək lumbaqonun inkişaf riskini - həkimlər bu vəziyyəti belə adlandırırlar - 23 faiz azaldır.

Gəzinti fiziki fəaliyyətin ən əlçatan formasıdır, lakin bunu bel ağrılarına qarşı profilaktik tədbir kimi tövsiyə edərkən mütəxəssislər hərəkətin tezliyi və müddəti üçün şərt qoymurlar. Norveç Elm və Texnologiya Universitetinin alimləri bu cür ağrılı spazmların qarşısını almaq üçün tədqiqat aparıblar.

Tədqiqata yaşı 20 və yuxarı olan (orta yaş 55,3 yaş) 11 194 nəfər daxil olub. Onlardan 6 564-ü (58,6%) qadın olub. Tədqiqatçılar 2017-2019-cu və 2021-2023-cü illərdə aparılmış araşdırmanın məlumatlarından istifadə ediblər.

Alimlər insanların gündəlik gedişinin intensivliyini qiymətləndiriblər. İlkin müayinə zamanı 5,7 gün ərzində orta yeriş müddəti 103,8 dəqiqə olub.

4.2 illik təqib müddətindən sonra 1659 iştirakçı (14.8%) keçən il üç ay və ya daha çox davam edən xroniki bel ağrısı olduğunu bildirib. Bu, tədqiqatın əsas nəticəsi idi. Gündə 101-124 dəqiqə yeriyənlərdə ağrı inkişaf riski 78 dəqiqədən az yeriyənlərə nisbətən 0,77 dəfə, 125 dəqiqədən çox yeriyənlərdə isə 0,76 dəfə az olub. Bu o deməkdir ki, risk müvafiq olaraq 23 və 24 faiz azalıb.

Norveç alimləri tərəfindən əldə edilən nəticələr ictimai sağlamlıq strategiyaları üçün əsas ola bilər./Publika.az

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.