"Eyni evdə yaşayıb, fərqli dünyalarda yaşayan cütlüklər çoxalıb” - Mütəxəssisdən XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son zamanlar cütlüklər arasında baş verən anlaşılmazlıqlar, qarşılıqlı etimadın azalması və emosional uzaqlaşma hallarının artması mütəxəssisləri narahat edir. Mütəxəssislər bildirirlər ki, bu cür problemlərin vaxtında həll edilməməsi münasibətlərin dağılmasına gətirib çıxara bilər".
Psixopedaqoq Sevda Əliyeva Milli.Az-a açıqlamasında bildirib ki, son illərdə cütlük terapiyasına müraciət edənlərin sayı artmaqdadır.
Onun sözlərinə görə, cütlük terapiyası münasibətləri xilas edə bilər:
"Əvvəllər insanlar ailə münasibətlərində problem yarananda onu gizlətməyə çalışırdılar. İndi isə cütlüklər daha çox psixoloqa və ya terapevtə müraciət edirlər. Bu, çox pozitiv bir haldır, çünki münasibətdəki gərginliklər zamanında aradan qaldırılanda ayrılıq riski də azalır".
Mütəxəssisin sözlərinə görə, cütlük terapiyası partnyorlar arasında qarşılıqlı anlayışı bərpa etməyə, ünsiyyət bacarıqlarını inkişaf etdirməyə və duyğusal yaxınlığı gücləndirməyə yönəlmiş bir prosesdir.
"Terapiyada əsas məqsəd tərəflərin bir-birini dinləməsini, anlaşılmayan duyğuları ifadə etməsini və münasibətdə məsuliyyət paylaşımını öyrətməkdir. Əksər hallarda problem bir hadisədən deyil, illərlə toplanan emosional yüklərdən qaynaqlanır," - deyə Sevda Əliyeva əlavə edib.
Psixopedaqoq vurğulayır ki, son dövrlərdə cütlüklər arasında ən çox müşahidə olunan anlaşılmazlıqlar bunlardır:
Qarşılıqlı diqqət və anlayışın azalması
Sosial mediada yaranan qısqanclıq halları
Maddi və emosional yükün bərabər paylanmaması
Kommunikasiya çatışmazlığı və "emosional uzaqlıq"
Sevda Əliyeva qeyd edib ki, terapiya yalnız böhran dövründə deyil, münasibətin sağlam qalması üçün də faydalıdır:
"Cütlük terapiyası bəzən münasibəti xilas edə bilər, bəzən isə tərəflərin bir-birini daha yaxşı tanımasına və gələcək qərarlarını daha sağlam verməsinə yardım edir. Əsas odur ki, tərəflər bir-birinə düşmən kimi deyil, eyni komandanın üzvləri kimi baxmağı öyrənsinlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək





