Uşaqları öpərkən diqqətli olmaq lazımdır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, həkim-infeksionist Mərdan Əliyev bildirir ki, immun sistemi güclü olan böyüklərdəki hər hansı gizli infeksiya, immun sistemi zəif olan uşaqları öpən zaman qalıcı fəsadlar yarada bilər.
Həkim deyir ki, hətta bu cür yoluxan epsteyn barr virusu var ki, buna "öpüş" xəstəliyi də deyirlər. Uşaqlarda qızdırma, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsilə gedən xəstəlikdir. Ağız suyu yoluyla yayılır.
Həkim bildirir ki, böyüklərdə bəzən gizli şəkildə təzahür edə bilən və sağalan bu xəstəliklər, uşaqlar üçün çox böyük təhlükə yarada bilər. Odur ki, diqqətli olmaq vacibdir.
Milli.Az