Yanvarda yeyilməli 5 faydalı balıq növü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvar ayında təzə balıqların, xüsusilə hamsi (xırçın balıq), kefal, skumbriya, mavi balıq və tekir balığı (Barbun balığı kimi də tanınır) kimi mövsümü növlərin istehlakı həm sağlamlıq, həm də ləzzət baxımından tövsiyə olunur.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, balıq tərkibindəki omeqa-3 yağ turşuları ilə ürək-damar xəstəliklərinin riskini azaldır, qan dövranını tənzimləyir və infarkt riskini minimuma endirir. Pis xolesterolu azaldaraq yaxşı xolesterolu artırır və yüksək qan təzyiqini normallaşdırır. Eyni zamanda, depressiyanı azaldır, beyin sağlamlığını gücləndirir və Alzheimer xəstəliyinin inkişaf riskini azaldır.
Balıqda olan vitamin və minerallar immunitet sistemini gücləndirir, qışda respirator infeksiyaların və qripin qarşısını almağa kömək edir. Astma və bronxit kimi tənəffüs xəstəliklərinin əlamətlərini yüngülləşdirir. Balığın tərkibindəki kalsium, fosfor və digər minerallar əzələ və toxumaların inkişafını dəstəkləyir, zədələnmiş toxumaların bərpasına kömək edir. Gözdə tor qişanın sağlamlığını dəstəkləyir, görmə qabiliyyətini gücləndirir və quru göz sindromunun əlamətlərini azaldır.
Xüsusilə balığın sümükləri, başı və quyruğu kalsium mənbəyidir. Bu hissələr sümük sağlamlığını gücləndirir və osteoporoz riskini azaldır. Həzm sistemini tənzimləyən balıq quru dərini nəmləndirir və ekzemanın əlamətlərini azaldır.
Bütün bu faydaları nəzərə alaraq, qış aylarında həftədə ən azı iki dəfə balıq yemək hər yaş qrupundan insan üçün vacibdir. Sağlam qidalanma və balanslı pəhriz üçün balıq menyularınıza daxil edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)
-
"Borussiya" Azərbaycanla bağlı video paylaşdı





