Sağlamlıq

Stress, əsəb bağırsaq xərçəngi yaradır

18 Oktyabr 2024 02:02
Baxış: 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Siçuyan universitetinin alimləri xroniki stresin bağırsaq xərçəngində rolunu sübut ediblər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Siçanlar üzərində aparılan eksperimentdə bağırsağın stresə reaksiyası izlənilib.

Belə ki, güclü stresə məruz qaldıqdan sonra onların bağırsaq mikrobiomu və bakteriyaların durumu öyrənilib.

Məlum olub ki, xroniki stress bağırsaqda çox sayda faydalı bakteriyaları, xüsusən Lactobacillus kəskin azaldır, nəticədə bağırsaqlarda polip, şişlərin sürətli inkişafını artırır.

Çünki Lactobacilluslar orqanizmin antixərçəng cavabını təmin edir.

Əlavə sübutlar üçün alimlər siçanlaa laktobakteriyalı, probiotikli yem verib.

Müşahidələr göstərib ki, bu zaman şişlərin və metastazların inkişafı ləngiyib.

Alimlərin sözlərinə görə, bu araşdırma kolorektal xərçəngin profilaktikasında yeni imkanlar açacaq.

Lactobacillus xərçəng əleyhinə təsiri araşdırılmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.