Sağlamlıq

Balığın dadlı olması üçün bu yağlardan istifadə edin

19 Sentyabr 2024 21:20
Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər hansı bir məhsulun qızartma prosesində yağın mühüm rol oynadığı məlumdur. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, keyfiyyətli yemək əldə etməyə və yaxşı iştahaaçan olması üçün düzgün yağ seçimi vacibdir. Balıq qızardarkən bu xüsusilə önəmlidir. Bildirilir ki, çox kəskin dadı olan yağlar balığın ləzzətini poza bilər. 

Təmizlənməmiş yağları dərhal siyahıdan çıxarmalısınız. Balığı təmizlənməmiş kokos yağında qızartmaq olar. Amma sonda balığın dadı pozulacaq və ondan razı qalmayacaqsınız. Həmçinin, güclü qoxu və dadı olan yağlardan da istifadə etməməlisiniz. 

Klassik təmizlənmiş kolza və günəbaxan yağları qızartmanın öhdəsindən yaxşı gəlir. Bu seçimlər ucuz və keyfiyyətlidir. Balığa bir parça kərə yağı əridərək əlavə etsəniz, onun dadını daha da möhtəşəm edə bilərsiniz. Zeytun və ya qarğıdalı yağını qarışdıraraq balığı qızartsanız da keyfiyyətli şam yeməyi yeyəcəksiniz. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.