Sağlamlıq

Azərbaycanda orqan transplantasiyası: 1000-ə yaxın insan... - VİDEO

15 Avqust 2024 19:07
Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda minə yaxın insan donor orqanı gözləyir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hər il dünyada minlərlə insan orqan transplantasiyası sayəsində xilas olur. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir?

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Azər Dəmirovun sözlərinə görə, Azərbaycanda meyit donorlarından istifadə üçün müəyyən tələblər mövcuddur.

Dünya təcrübəsində donor bankları əsasən vəfat edən insanların orqanları hesabına formalaşır. Azərbaycanda isə meyit donorundan istifadə etmək istənilsə də, qohumların razılığı olmadığı üçün bu çox vaxt mümkün olmur.

Qeyd edək ki, 2023-cü ildə ölkəmizdə 269 orqan transplantasiyası əməliyyatı icra edilib.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.