Sağlamlıq

Yuxunuz ərşə çəkilibsə...

22 İyun 2024 07:25
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən çox yayılan xəstəlik məhz yuxusuzluqdur. Hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Araşdırmalar nəticəsində sübut edilib ki, yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yuxusuzluqla bağlı Qərbi Ontario Universitetinin bir qrup tədqiqatçısı bu qənaətə gəlib.

Məlum olub ki, 7-8 saatdan az yatmaq orqanizmdə ciddi xəstəliklərin yaranmasına səbəb olur.

Araşdırmaçılar yuxusuzluğun səbəblərini də (insomnia) sıralayıblar:

Vərdiş olunmamış yataq;

Səs-küy, havasız mühit;

Yatmazdan əvvəl kofein tərkibli qidalar qəbul etmək;

Axşam ağır və yağlı yeməklər yemək;

Sinir problemləri;

Stress;

Artıq çəki;

Depressiya;

Ağciyər və ürək xəstəlikləri

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.