Sağlamlıq

Paltardan ot ləkələrini belə təmizləyin

14 İyun 2024 23:55
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çoxlarının ortaq problemlərindən biri də paltardakı ot ləkələridir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mətbəxdə sirkə, hamamda yuyucu toz varsa, o zaman bu ləkələri asanlıqla və tez çıxara bilərsiniz. 

Bunun üçün sprey şüşəsinə sirkə tökün və ləkələrin üzərinə səpin. Bundan sonra çirklənmiş yerləri bir bez və ya süngər ilə ovuşdurun.

Növbəti mərhələ üçün böyük bir qaba ehtiyacınız olacaq. Həmin qabı soyuq su ilə doldurun və yuyucu toz əlavə edin. Çirkli paltarları oraya qoyun və məhsulun təsirli olması üçün 30 dəqiqə gözləyin.

Göstərilən vaxtdan sonra paltarlar çıxarılmalı və təmiz suda yuyulmalıdır.

Son mərhələdə isə paltar temperaturu 30 dərəcədən çox olmayan paltaryuyan maşında yuyulur. Bütün bu prosedurlardan sonra ot ləkələri iz olmadan yox olacaq. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.