Sağlamlıq

Səbəbsiz qeysəriyyə əməliyyatları: Bu üsulla ana olanların sayı niyə ARTIR?

6 İyun 2024 14:14
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. Hətta həkim analizlərində göstəriciləri normal olan, ciddi problem yaşamayan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar.

Hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.

Milli.Az bildirir ki, ginekoloq Rəşad Sultan Bizim.Media-ya açıqlamasında bildirib ki, qeysəriyyənin riskləri təbii doğuşdan daha çoxdur:

"Biz ona görə hamilələrə təbii doğuş məsləhət görürük. Təsəvvür edin ki, doğuş zamanı qanaxma, infeksiya, tromembaliya, yəni qanın damarda laxtalanmsı kimi risklər varsa, qeysəriyyədə bunlar daha çoxdur. Bir az da dəqiqləşdirib desək, qeysəriyyədə olan risklər doğuşdakından ikiqat yüksəkdir. Belə düşünək, qeysəriyyə = doğuş + əməliyyat. Amma doğuşun gedişatında təhlükə yaranırsa, o zaman göstərişlə qeysəriyyə etmək lazımdır. Yəni biz səbəbsiz qeysəriyyələrə "yox" deyirik".

Rəşad Sultan təsdiqləyib ki, bir çox həkimlər tibb elminin protokollarından kənara çıxırlar:

"Bu məsələdə həkim və xəstə psixologiyası nəzərə alınmır. Qınamaqla da iş düzəlmir. Həkim xəstə qarşısında birbaşa cavabdehlik daşıyır. Gecədən doğmaq istəyən qadına görə həkim yuxusuz qalmalı, doğuş prosesində olmalıdır. Bu məcburiyyət həkimi qeysəriyyəyə meyil etməyə sövq edir. Halbuki biz sovet dövründə necə görmüşdük, həmçinin inkişaf etmiş ölkələrdə də belədir ki, səhər saat 8-də gəlib növbəni və doğan xəstəni təhvil alırsan, tibbi protokollara uyğun olaraq onu təqib edirsən, sonra da növbəti həkimə təhvil verirsən.

Amma bizdə nə olur, gecə saat 2-də sancı ilə gələn xəstəni götürürsən, beş dəqiqədən bir yaxınları zəng edir ki, həkim, niyə doğmadı, niyə bitmədi? Belə olan halda da həkim bezir. Həkim də insandır, bu cəmiyyətin üzvüdür. Yəni çox vaxt həkimlər təbii doğuşu ona görə istəmirlər.

Çox vaxt deyirlər ki, qeysəriyyə baha olduğu üçün həkimlər bilərək doğuşu uyğun görmürlər. Lakin bu fikir kökündən yanlışdır. Çünki həkimin qeysəriyyədə stabil qazancı yoxdur. Əlavə alınan 200-300 manat əməliyyatxanaya, anestezioloqa gedir, həkimin cibinə girmir. Şəxsən mən təbii doğuşdan daha çox pul alıram. Çünki doğuş çox əziyyətlidir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.