Diabeti illər əvvəldən xəbər verən gizli əlamət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəfil şəkildə ayağa qalxdığınız zaman başgicəllənmə və ya huşsuzluq hiss edirsiniz? Araşdırmaya görə, bu, sonrakı illərdə diabetlə üzləşəcəyinizin əlaməti ola bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, macarıstanlı tədqiqatçılar 2-ci tip diabet riski olan xəstələrdə ürək xəstəlikləri səbəbindən ürəyə təsir edən sinir zədələnmələrinin altı dəfəyə qədər çox olduğunu aşkarlayıblar.
Mütəxəssislər iddia edirlər ki, neyropatiya adlanan bu vəziyyətin simptomları zəiflik və başgicəllənmədir. Bunlar diabet diaqnozu qoyulmazdan bir neçə il əvvəl ortaya çıxır.
Neyropatiya sinirlərin zədələnməsi mənasını verən tibbi termindir və hazırda diabetin məlum olan simptomlarından biridir.
Semmelweis Universitetinin tədqiqatçıları deyirlər ki, xəstələr diabet tam inkişaf etməmişdən əvvəl bu zərərin incə əlamətlərini göstərirlər. Onlar əldə etdikləri bu nəticələrin diabet riski olan xəstələrdə neyropatiya əlamətlərini izləmək və sonra sinir zədələnməsini yavaşlatmaq və ya qarşısını almaq üçün istifadə edilə biləcəyini iddia edirlər.
Bilidirlir ki, uzun müddətdə bu vəziyyət sinir zədələnməsinə səbəb olur və hansı sinirlərin təsirləndiyindən asılı olaraq müxtəlif simptomlar üzə çıxır. Əsasən ayaqlarda və əllərdə uyuşma, yanma hissi, ağrı, kramp və zəifliyə səbəb olan periferik neyropatiya adlanan vəziyyətlə nəticələnir və sonra bu hallar bütün əzalarda müşahidə edilə bilər.
Şəkərli diabet xəstələrinin qarşılaşa biləcəyi digər nevropatiya növlərinə hissiyyat problemləri, orqanlarının qəbul etdiyi siqnallar və əllərini idarə etmək qabiliyyəti daxildir.
"Frontiers in Endocrinology" jurnalında dərc olunan araşdırmada tədqiqatçılar şəkərli diabet riski yüksək olan insanların sağlam insanlarla müqayisədə parasimpatik neyropatiya adlı bir növə tutulma ehtimalının 5,9 dəfə çox olduğunu müəyyən ediblər.
Tədqiqatda şəkər xəstəliyinə tutulma riski yüksək hesab edilən 44 nəfərin sağlamlıq testlərinin nəticələri müqayisə edilib. İştirakçıların ürək döyüntüləri ölçülüb və ağrı, yanma və uyuşma kimi hisslərə necə reaksiya verdiklərini öyrənmək üçün müayinə ediliblər. Tədqiqatda xüsusilə vurğulanıb ki, ürəklə əlaqəli sinir zədələnməsi növü olan kardiyak avtonom neyropatiyaya (KON) da diabet riski olan qrupda 5,9 dəfə daha çox rast gəlinib. Onun simptomları arasında çox məşq edə bilməmək və aşağı qan təzyiqi daxildir. Bu, həmçinin ayağa qalxdığınız zaman başgicəllənmə və ya huşunu itirmə hissi yarada bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama





