Sağlamlıq

Böyrək daşından əziyyət çəkənlərin diqqətinə - Çarəsi bu meyvənin tumudur

22 May 2024 20:25
Baxış: 1 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xurma bir çox insanın fikrincə ən faydalı meyvələrdən biridir. Tərkibində bol miqdarda lif və kalium olan xurmanın tumunun da özü kimi şəfalı olduğundan isə hər kəs agah deyil.

Milli.Az medicina.az-a istinadən xurma tumunun faydalarını araşdırıb.

Xurmanın tumunu adətən atırıq. Lakin bu tumlar xüsusilə qaraciyər və böyrək sağlamlığına çox faydalıdır. Xurma tumlarından qaraciyər və böyrəklərin sağlamlığı üçün və bədəndən zəhərli maddələrin çıxarılması məqsədilə istifadə edilə bilər. Böyrək daşlarının və öd daşının müalicəsində də xurma tumlarından faydalana bilərsiniz. Xurmanın tumu həzmi də tənzimləyir. Ondan, həmçinin viral infeksiyaların müalicəsində istifadə edilə bilər.

Tərkibindəki yağlar saç üçün də faydalı olduğu kimi, antioksidant tərkibi sayəsində dəri xəstəliklərinin müalicəsində də istifadə edilir.

Xurma tumlarını istehlak etmək fikri hər kəsə qəribə görünə bilər. Etiraf edək ki, xurmanın tumunu istifadəyə hazır hala gətirmək bir çoxlarına çətin görünür. Lakin tərkibindəki vitamin və minerallara görə bu prosesə vaxt ayırmağa dəyər.

Əvvəlcə xurma tumunu qurutmalısınız. Qurudulmuş xurma tumlarını yağ əlavə etmədən qovurun, daha sonra isə blenderdən keçirərək və ya qəhvə üyüdücü vasitəsilə toz halına gətirin.

Bu şəkildə əldə edilən xurma tumu tozunu yeməklərə və ya salatlara əlavə edə bilərsiniz.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.