Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər.
Yatarkən arıqlamağın başqa üsulları da var. Məsələn, səhər yeməyinizdə və naharda edəcəyiniz kiçik dəyişikliklər yatarkən belə əhəmiyyətli miqdarda yağ yandırıb kalori xərcləməyinizə kömək edə bilər.
Milli.Az medicina.az-a istinadən ekspertlərin mövzu ilə bağlı tövsiyələrini təqdim edir:
Yatmazdan əvvəl ət yeyin!
"Triptofan" adlı amin turşusu əksər ət növlərində olur. Bu turşu yuxuya güclü təsir göstərir. "Journal of Nervous and Mental Disease" jurnalında dərc edilən bir araşdırma yüngül yuxu problemi olan insanların ət yeyərək bundan xilas ola biləcəklərini göstərib. Belə ki, ¼ dərisiz toyuq budu və ya 85 qram yağsız hinduşka əti yemək saatlarla dərin yuxu təmin edə bilər. Bu cür yemək vərdişi yuxuya əhəmiyyətli təsir göstərdiyi üçün arıqlamaq prosesini sürətləndirir.
Axşam yeməyində çərəzlər, toyuq, balıq, mərcimək və yumurta kimi tərkibində triptofan olan qidaların seçilməsi orqanizmdə yuxu prosesini başlatmağa kömək edir.
Əgər aclıq hiss edirsinizsə, avokado və ya fındıq yağı kimi sağlam yağ mənbələrini istehlak etmək həm aclığınızı təmin edə, həm də sizi arıqlamaqla bağlı hədəfinizə yaxınlaşdıra bilər.
Onu da qeyd edək ki, yatmağa 2 saat qalmış qida qəbul etməyi tamamilə dayandırmaq tövsiyə edilir. Çünki dolu mədə ilə yatağa getmək əks effekt verəcək.
Yatmazdan əvvəl çay için!
Gecə yatmazdan əvvəl çay içmək, beyninizi sakitləşdirərək və yavaşladaraq yatmağınıza kömək edə bilər. Ən uyğun çaylar arasında çobanyastığı, nanə, lavanda və rahatlaşdırıcı xüsusiyyətləri ilə pişikotu var. Bu çaylar yatmazdan əvvəl sakitləşməyə və rahatlamağa kömək edə bilər. Ancaq tez-tez tualet ehtiyacına görə yuxunuzun pozulmaması üçün çay içməyi də yatağa getməzdən 2-3 saat öncə sonlandırmaq lazımdır.
Gün ərzində kifayət qədər lif qəbul edin!
Artıq bilirik ki, yatmazdan əvvəl çox yeməkdən, kola və qəhvədən uzaq durmalıyıq. Ancaq kompleks karbohidratların da axşam yeməyi əvəzinə naharda istehlakı vacibdir. Serotonin 3-cü mərhələ REM yuxusunda melatoninə çevrilir. Serotonin tam taxıl kompleks karbohidratlardan əldə edilir. Lakin gecə yatmazdan əvvəl karbohidratlar istehlak etmək lazım deyil. Əksinə, onları gün ərzində istehlak etmək tövsiyə olunur.
Bundan əlavə, gündəlik lif qəbulunu artırmaq üçün tam taxıllı qidaları istehlak etmək vacibdir. Gün ərzində 20 qram həll olunmayan lif istehlak etmək yuxuya getməyinizi asanlaşdıra bilər.
Bütün bu qaydalara əməl etsəniz, həm səhərə qədər orqanizminiz yağ yandıracaq, həm də keyfiyyətli yuxu sayəsində səhərlər daha gümrah oyanacaqsınız.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar





