Sağlamlıq

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

10 May 2024 06:06
Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər.

Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağa məcburdurlar, lakin çox da uzaq olmayan gələcəkdə dişlərin yenidən böyüməsi ehtimalı var.

Milli.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqatın müəllifi Katsu Takahashi bildirib ki, yeni dərman dişlərin böyüməsini məhdudlaşdıran USAG-1 adlı zülalı bloklayır. Tədqiqatçılar ilkin təcrübələrdə bu dərmanları anadangəlmə az dişli siçanlara veriblər ki, bu da onların heç bir ciddi yan təsir və ya narahatlıq yaratmadan yeni dişlər çıxarmasına səbəb olub.

İndi sınaqların yeni mərhələsində dərman 30 yaşdan 64 yaşa qədər olan könüllülərə venadaxili tətbiq olunacaq.

Kitano Xəstəxanasının stomatologiya və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Takahaşi dərmanın insanlar üzərində sınaqlarının başlamasını şərh edib:

"Biz diş itkisindən və ya əskikliyindən əziyyət çəkənlərə kömək etmək üçün bir şey etmək istəyirik. İnanırıq ki, insanların dişlərin böyüməsi ilə bağlı gözləntiləri yüksəkdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.