Sağlamlıq

Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

9 May 2024 17:54
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkərli diabet xəstələri üçün satışda olan qidalar bahalaşıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qanda şəkərin miqdarının artmaması üçün qidalar almaq istəyən şəxslərin gördüyü yüksək qiymət onların şəkərini kəllə-çarxa çıxardır.

Məsələn, qlütensiz və şəkərsiz 300 qramlıq qurabiyə 11 manatdır. Şəkər əvəzləyici dadlandırıcıların qiyməti isə beş-altı manat aralığındadır. Diabetik çörək almaq istəyənlər isə bunun üçün iki, üç, beş, hətta səkkiz manat ödəməlidirlər. 

Qida eksperti Məhsəti Hüseynova bildirib ki, həmin qidaların istehsal texnologiyası digərlərindən fərqli deyil.

Ekspert onu da vurğulayıb ki, belə məhsullar alarkən istehsal tarixi və istifadə müddətinə xüsusi diqqət yetirilməlidir.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.