Sağlamlıq

İnfarkt riskinizi ölçün!

2 May 2024 06:20
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə infarkt riski xeyli yüksəlib.

Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələri göstərir ki, "pilləkən testi" ürək sağlamlığını yoxlamaq üçün asan bir yoldur.

Belə ki, əgər sizə 4 qat pilləkən qalxmaq üçün 1,5 dəqiqədən çox vaxt lazım gəlirsə, deməli, həkimə müraciət edib müayinədən keçməlisiniz.

Ekspertlər bir daha xatırladıblar ki, gündəlik həyatda sadə dəyişikliklər ürək sağlamlığını yaxşılaşdıra bilər. Buna lift əvəzinə pilləkənlərdən istifadə etmək də daxildir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.