Angina haqqında 7 Yanlış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Angina - Badamcıqların iltihabı (ən çox damaq ) kəskin tonzillit və ya tonzillit adlanır. Müxtəlif yoluxucu törədicilər - bakteriyalar, viruslar tərəfindən törədilir. Angina ilə əlaqəli bir çox yanlış fikirlər var ki, onların 7 -sini araşdıraq:
Yanlış 1: Anginanın qarşısını almaq üçün badamcıqları çıxarmaq lazımdır. Bildiyiniz kimi, badamcıqlar boğazda limfoid toxumadan ibarət yuvarlaq törəmələrdir. Onlar, xəstəlik törədicilərini tutur və saxlayır, və bu törədicilərin aşağı tənəffüs yollarına (traxeya, bronxlar, ağciyərlər) daxil olmasının qarşısını alır. buna görə anginanın qarşısını almaq üçün badamcıqların çıxarılması kimi radikal tədbirə ehtiyac yoxdur. Ağız - udlaqda mikroblar üçün maneə vəzifəsinin əsasını təşkil edən sağlam badamcıqları çıxarsanız, immunitet sistemini xeyli zəiflədə bilərsiniz.
Yanlış 2: Anginanı qarqara ilə müalicə etmək olar. -Boğazınız ağrıyan zaman mütləq qarqara etməlisiniz, çünki bu sağalmanı sürətləndirəcək. Ancaq bu dərmanlar badamcıqlara nüfuz etmədiyi üçün anginanı yalnız qarqara və ya sovurma tabletlərdən isifadə etməklə müalicə etmək mümkün deyil. Boğaz ağrısına səbəb olan mikrobların çoxalması, məhz, badamcıqlarda gedir. Buna görə xəstəlik, xüsusən, bakteriyaların törətdiyi anginalarda həkim tərəfindən təyin olunan antibiotiklərin qəbulunu tələb edir.
Yanlış 3: Temperatur aşağı düşən kimi, antibiotik qəbulunu dayandıra bilərsiniz. Bu düzgün deyil. Bir neçə gündən sonra antibiotik yalnız patogen bakteriyaları zəiflədəcək və onları məğlub etmək üçün dərmanı 7-10 gün ərzində qəbul etməlisiniz. Yarımçıq müalicə də, həmçinin, antibiotikə qarşı davamlılığın yaranmasına səbəb olur.
Yanlış 4: Anginanın müalicəsi zamanı istifadə olunan antibiotiklər ancaq anginanı törədən mikrobları məhv edir. Heç də yox. Anginanın müalicəsində istifadə edilən istənilən antibiotik anginanı törədən mikrobları öldürdüyü kimi, bizim bağırsağımızda yaşayan, bizim üçün faydalı olan mikrocanlıları: bifido və laktobakteriyaları da məhv edir. Disbakterioza, bəzən isə ishala, hətta bəzən bağırsağın iltihabi xəstəliklərinə və qıcıqlanmış bağırsaq sindromuna yol aça bilər. Xüsusən, kiçik yaşlarda antibiotiklərin təkrar qəbulu allergik xəstəliklər, şəkərli diabet, piylənmə kimi xoşagəlməz hallara gətirib çıxarır.
Yanlış 5: Antibiotiklərin zərərli təsirlərini azaltmaq üçün göbələkəleyhinə dərmanlardan "antifunqallar"-dan istifadə etmək lazımdır. Bu düzgün deyil. Bağırsağımızda necə ki, faydalı bakteriyalar var, eləcə də faydalı göbələklər var, və antifunqalların verilməsi onların da məhvinə səbəb olur. Əvvəllər, antibiotiklərin vurduğu ziyanı ancaq kandida göbələyinin inkişafı ilə əlaqələndirirdilər. Lakin tibbin inkişafı, aparılan tədqiqatlar göstərdi ki, bu, heç də kandida göbələyinin inkişafı ilə əlaqədar deyil, bağırsaqda yaşayan faydalı bakteriyalarla fürsət gözləyən və xəstəliktörədən bakteriyaların arasındakı nisbətin pozulması, faydalı bakteriyaların antibiotikin təsirindən məhv olması və antibiotikə davamlı olan, fürsət gözləyən, xəstəliktörədən bakteriyaların artması nəticəsində olur. Buna görə də, bütün dünyada həkimlər antibiotiklə yanaşı probiotiklərin (bizə faydalı olan canlı mikroorqanizmlər-mikrocanlılar) qəbulunu məsləhət görürlər.
Yanlış 6: Anginanın müalicəsi zamanı antibiotiklə yanaşı istənilən probiotiki qəbul edə bilərik. Heç də yox, -Çünki, probiotikərin çoxu bakteriyalardır, və antibiotiklər onları da məhv edəcək. Nəticədə siz böş yerə pul itirmiş olacaqsınız. Məhz buna görə antibiotiklərin təsirindən məhv olmayan probiotik istifadə etmək lazımdır, bu xüsusiyyət isə tərkibi bakteriyalardan ibarət olmayan probiotikdə vardır- Enterol-da. Çünki, Enterol-un tərkibi faydalı maya göbələyindən ibarətdir. Və antibiotiklə yanaşı Enterol qəbul edilən zaman, həmin faydalı göbələklər normal bağırsaq mikrofloramızı qıdalandıraraq, onları antibiotiklərin məhvedici təsirindən qoruyur, bir sözlə disbakteriozun, yəni bağırsağın normal mikroflorasının pozulmasının qarşısını alır. Eyni zamanda əgər öncədən yaranmış disbakterioz vardırsa, Enterol normal mikrofloranı bərpa edərək həmçinin öncədən yaranmış disbakteriozu da aradan qaldırır. Beləliklə, angina zamanı antibiotiklə yanaşı Enterol-un qəbulu, disbakterioz, bəzən isə ishal, bağırsağın iltihabi xəstəlikləri, qıcıqlanmış bağırsaq sindromu kimi halların yaranmasının qarşısını vaxtında almağa kömək edəcəkdir. Antibiotiklərlə yanaşı Enterol-un qəbulu, xüsusən, uşaqlarda allergik xəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, piylənmə və şəkərli diabetə meyillilik kimi halların yaranma riskinin qarşısını alır.
Ən əsası, Enterol, öz qoruyucu-bərpaedici işini gördükdən sonra 2-5 gün ərzində bağırsağımızdan dəyişilməmiş şəkildə atılır, normal mikrofloramızı dəyişmir, bizim mikroaləmimizin fərdiliyini qoruyub saxlayır.
Yanlış 7: Bakterial tərkibli probiotikləri antibiotikdən 4-5 saat fasilə ilə qəbul etmək olar, - təmamilə səhv fikirdir. Belə ki, antibiotiklərin bir çoxunun təsiri qəbulundan 4-5 saat sonra maksimuma çatır. Buna görə də qəbul olma vaxtından asılı olmayaraq, bakterial probiotiklər antibiotiklərin təsirindən məhv olurlar.
1. Moré M.I., Swidsinski A. Saccharomyces boulardii CNCM I-745 supports regeneration of the intestinal microbiota after diarrheic dysbiosis - A review. Clinical and Experimental Gastroenterology. 2015; 8: 237-255. doi:10.2147/CEG.S85574. 2. McFarland L.V. Systematic review and meta-analysis of Saccharomyces boulardii in adult patients. World Journal of Gastroenterology. 2010; 16 (18): 2202-2222. doi:10.3748/wjg.v16.i18.2202.19. Based on PubMed search. 3. Guarner F. et al. Probiotics and prebiotics. World Gastroenterology Organisation Global Guidelines. 2017:1-35.
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq





