Sağlamlıq

Qarqaranın təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

12 Mart 2024 07:40
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Endokrinoloq Yekaterina Yanq qarqaranın təhlükələrini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, qarqara üçün nəzərdə tutulan məhsulların tərkibində spirt olduğu üçün xeyirdən çox zərər verə bilər. 

Onun sözlərinə görə, bu cür məhsullar həm də ağızdakı faydalı bakteriyaları, o cümlədən metabolik proseslərdə iştirak edən və qan şəkərinin səviyyəsini tənzimləyən bakteriyaları da məhv edə bilər:

"Gələcəkdə bu, piylənmə və diabetin səbəblərindən birinə çevrilə bilər. Ümumiyyətlə, sağlam insanda yuxudan sonra səhər belə ağız qoxusu olmamalıdır.

Yatmazdan iki saat əvvəl yemək yeməmək və axşam yeməyini yüngülləşdirmək, pəhrizdəki sadə karbohidratları mürəkkəb olanlarla əvəz etmək, yeməyi turşulaşdırmaq və mədə şirəsinin turşuluğunu tənzimləmək lazımdır". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.