Sağlamlıq

Baş-beyin transplantasiyası ilə bağlı sensasion açıqlama

27 Fevral 2024 08:50
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Akdeniz Universiteti Orqan Nəqli İnstitutunun direktoru professor Ömər Özkan hesab edir ki, baş transplantasiyası əməliyyatlarının həyata keçiriləcəyi günlər uzaqda deyil.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, professor bu barədə Mimar Sinan Konqres Mərkəzində Akdeniz Universitetinin ev sahibliyi və Prezidentin İnsan Resursları Ofisinin təşkilatçılığı ilə keçirilən Cənubi Karyera Sərgisində deyib.

Uşaqlıq və qol transplantasiyası əməliyyatları ilə dünya tibb ədəbiyyatına adını yazdıran Ömər Özkan ölümsüzlüyün mümkün olub-olmamasından danışıb:

"Çox məşhur bir milyarder var idi. Ürək və qaraciyər transplantasiyası əməliyyatı keçirmişdi, amma sonda öldü. Orta əsrlərdə insanların əsas məqsədi ölümsüzlüyü tapmaq idi. Davamlı olaraq bunun üzərində çalışdılar. Bir müddət sonra ölməzliyi tapa bilməyəcəklərini anladılar. İndiki dövrdə orta statistik insan ömrü 80-85 civarındadır. 30-dan 80 yaşına çatmışıqsa, bəlkə də bu, 100-ə qədər uzanacaq. Amma mən daha dinc yaşamaqdan danışıram. Hədəfimiz həyat səviyyəsini hər zaman ən yüksək səviyyədə saxlamaqdır".

Türkiyənin orqan transplantasiyası həyata keçirən ən yaxşı ölkələrdən biri olduğunu bildirən mütəxəssis beyin və baş transplantasiyasına dair suallara da cavab verib.

"Beyin transplantasiyası əsrlərdir insanların ağlında olan bir şeydir. Çox fantastik səslənir. Beyin transplantasiyası niyə edilir? Faydalı ola biləcəyi bir neçə xəstəlik də var. Bunun üçün bədənə ehtiyacımız var. Baş transplantasiyasından əvvəl iflic problemini həll etmək lazımdır. Bilin ki, iflic olan xəstələri sağaldanda, baş transplantasiyası da mümkün olacaq.

Tibbdə bu vəziyyət fərqlidir. Buxar maşınını hələ kəşf etməmişik. Hələ başlanğıc mərhələsindəyik. Bir gün görəcəksiniz ki, ürəyi sifariş edib taxacaqsınız. Utopik görünə bilər, amma 15-20 günə qədər ana bətnindən kənarda yaşadılan uşaqlar var", - həkim etiraf edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.