Qəhvə sevənlərə pis xəbər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhvə miqren tutmalarını artıra bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, araşdırmalar gündəlik qəbul edilən 1 stəkandan artıq qəhvənin baş ağrılarına və miqren tutmalarına səbəb ola biləcəyini göstərib.
Bahçeşehir İSÜ Liv Xəstəxanasının Nevrologiya üzrə mütəxəssisi Prof. Dr. Belma Doğan Güngen miqrenin həyat üçün təhlükəli olmasa da, həyat keyfiyyətini aşağı saldığını və ciddi fiziki yorğunluğa səbəb olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, uzun müddət miqren tutmalarından və baş ağrılarından qorunmaq üçün yuxu rejiminə riayət etmək, çoxlu su içmək, parlaq işıq mənbələri, xüsusilə də televizor və kompüter qarşısında çox vaxt keçirməmək lazımdır.
Dr.Güngen miqren tutmalarının şiddətinin bəzi tədbirlərlə yüngülləşdirilə biləcəyini ifadə edib:
"Miqren tutması keçirən şəxs sakit və qaranlıq bir mühitdə uzanıb dincəlməlidir. Çünki miqren hərəkət və işığın təsiri ilə daha şiddətli hala gəlir. Bundan əlavə, səs-küylü mühit də miqrenin şiddətini artırır".
Doktor miqrenin müalicəsində qidalanmanın əhəmiyyətini də vurğulayıb:
"Mən müalicədə əsas səbəb kimi qidalanmaya böyük əhəmiyyət verirəm. Elə xəstələr var ki, miqren tutmaları sadəcə pəhrizlərini tənzimləməklə azalır və ya hətta yoxa çıxır. Misal üçün, gündə iki fincandan artıq qəhvə miqren tutmalarının tezliyini əhəmiyyətli dərəcədə artırır. 20 qramdan artıq tünd şokolad da eyni effekti verir".
Dr. Güngen miqren xəstələrinə tövsiyə olunan qidaları da sadalayıb:
Avokado və badam kimi yüksək maqnezium tərkibli qidalar,
Balıq və qoz kimi Omeqa-3 ehtiva edən olan qidalar,
Hər növ yaşıl tərəvəz,
Zeytun yağı,
Kələm və zəncəfil kimi mitoxondriləri dəstəkləyən qidaların qəbulu miqren xəstəliyinə qarşı faydalı ola bilər.
Bundan əlavə, miqreni tətikləyən bəzi qidalardan uzaq durmaq lazımdır:
Tərkibində nitrat olan və histamin ifrazını artıran bütün qidalar buraya daxildir: bəzi pendir növləri, fermentləşdirilmiş içkilər, çox illik şərab.
Tərkibində qida əlavələri olan bütün məhsullar.
Qlütenli məhsullar.
Allergen qidalar: yumurta ağı, bəzi növ çərəzlər, sitrus meyvələri.
Soya və soya məhsulları.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Köhnə tikililərdə qiymət sirri: 9 mərtəbəli binalar 5 mərtəbəliləri nə ilə üstələyir? - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu





