Sağlamlıq

Nəyə görə kişilər qızdırmaya dözə bilmir?

3 Fevral 2024 06:38
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlar bədən hərarətinin yüksəlməsinə daha dözümlüdür, hətta qızdırmalı kişiləri gülüş hədəfinə çevirən videolar da sosial şəbəkələrdə yayılır. Doğrudanmı kişi qızdırmadan ölə bilər?

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya bu fərqin tibbi izahını verib.

"Bunun bir neçə səbəbi var. Birinci səbəb qadın bədəni temperaturu ovulyasiya zamanı artır və isti olur. Eləcə də menstrual tsiklin sonunda yüksələ bilir. Ona görə də subfebril temperatur, yəni 37 dərəcə qadınlar üçün adi haldır.

Eləcə də qadınların çəkisi və əzələ kütləsi kişilərdən az olduğu üçün bədən istilik verməni rahat edir və qızdırmanı daha rahat keçirir.

Qadın hormonu estrogen immunitetin infeksiyaya qarşı reaksiyasını təmin edir, kişidə bu hormon azdır.

Fizioloji səbəblərdən əlavə psixoloji səbəb də var. Qadınlar psixoloji olaraq daha aktiv və fikrini ailəyə, uşaqlara yönəldir. Eləcə də onlar səhhətlərinə daha həssasdır, sağlamdır, vaxtında həkimə gedir", - nevroloq qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.