Sağlamlıq

Qripdən qorunmağa yardım edən QİDALAR – SİYAHI

3 Yanvar 2024 08:30
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qış aylarında havanın temperaturunun mövsümi normadan yüksək olması qripə yoluxma hallarının artmasına səbəb olub. Tibb mütəxəssisləri şəxsi gigiyena kimi tədbirlərlə yanaşı, qrip və soyuqdəymə kimi yoluxucu xəstəliklərdən qorunmağın yolunun immunitet sistemini gücləndirməkdən keçdiyini qeyd edirlər. Belə ki, dietoloqlar bunun üçün balanslı qidalanmanın vacibliyini vurğulayırlar.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, dietoloqlar bu aylarda aşağıdakı qidaların qəbulunu tövsiyə edir:

Meyvə və tərəvəzlər

Sitrus meyvələri C vitamini ilə zəngin olduğu üçün güclü immunitetin formalaşmasına kömək edir. Qrip dövründə tez-tez portağal, naringi və qreypfrut kimi meyvələr yemək faydalıdır.

A və C vitaminləri kimi antioksidant vitaminlərlə zəngin olan tərəvəz və meyvələr də orqanizmin müdafiə sistemini gücləndirə bilər. Bu baxımdan kök, brokoli, balqabaq, kələm, portağal, alma kimi qidaları siyahıya daxil etmək tövsiyə olunur.

Hər meyvəni öz mövsümündə yemək daha effektlidir. Ona görə də qidalanmada buna xüsusi diqqət etmək lazımdır.

Təzə sıxılmış meyvə şirələri də vücudun C vitamini və maye ehtiyacını ödəməyə kömək edir.
Qoz-fındıq E vitamini ilə zəngindir və immunitet sisteminin güclənməsinə kömək edir. Gündə bir ovuc ləpə yeməyi unutmaq olmaz.

Yumurta

Yumurta immunitet sistemini gücləndirə bilən yüksək keyfiyyətli protein mənbəyidir. Mütəxəssislər gündə yaxşı qaynadılmış bir yumurta yeməyi məsləhət görürlər.

Balıq 

Balıq əti də bir çox vitamin və yağlarla zəngindir. Xüsusilə, omeqa-3 yağ turşuları ilə zəngin olan balıq həm də immunitet sistemini gücləndirir. Bu məhsuldan həftədə iki-üç dəfə istifadə etmək olar.

Qida mütəxəssisləri tərəvəzlərin mümkün olduqca qabığı ilə, tərkibində vitamin və minerallar olan hissələri ilə yeyilməli, təravətini və sağlamlığa faydalarını qorumaq üçün mümkün qədər az bişirilməli olduğunu vurğulayırlar. Ümumiyyətlə, hər gün dörd qida qrupundan, yəni süd məhsulları, ət, taxıl, tərəvəz və meyvələrdən kifayət qədər yeyilməli olduğunu vacib hesab edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.