Sağlamlıq

Gün ərzində neçə mandarin yeyə bilərik?

31 Dekabr 2023 14:20
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mandarini qeyri-məhdud miqdarda yemək təhlükəli ola bilər.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov bildirib.

O qeyd edib ki, mandarinin tərkibində həddindən artıq miqdarda olan salisilik turşu dərinin qaşınmasına və qızarmasına səbəb ola bilər. Bundan əlavə, sitrus meyvələri güclü allergiya yaradır.

"Bədəninizin bu xüsusiyyətini bilirsinizsə, risk etməməlisiniz", - o vurğulayıb.

Həkim xəbərdarlıq edib ki, bu meyvəni çox yemək mədə-bağırsaq traktında problemlərə və xoşagəlməz simptomlara da səbəb ola bilər. Belə ki, sizdə şişkinlik, ürək yanması və ürək bulanması yarada bilər.

Onun sözlərinə görə, diabet xəstələri sitrus meyvələri ilə də ehtiyatlı davranmalıdırlar, çünki tərkibindəki fruktoza qan şəkərinin artmasına səbəb olur.

"Yetkinlər üçün norma gündə beş, uşaqlar üçün isə daha az - cəmi bir neçə ədəddir", - deyə mütəxəssis əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.