Sağlamlıq

Marallar arasında yayılan “zombi” virusu insanlara da keçir?

31 Dekabr 2023 10:51
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də maral populyasiyasını bürüyən "zombi" virusu insanlara da keçə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, xəstəliyin müalicəsi yoxdur və son dərəcə yoluxucudur.

Bildirilib ki, dəli dana xəstəliyinin bir növü olan bu virusa yoluxmuş erkək maralın meyiti Yellouston Milli Parkında tapılıb. Xəstəlik beynin funksiyalarını pozur, heyvan xarici stimullara cavab vermir, insanlardan qorxmur, həmçinin ölənə qədər ağzı sulana-sulana məqsədsiz gəzir.

Hazırda virusun yayılma mexanizmlərini tədqiq edən mütəxəssislər onun növlərarası maneəni keçərək başqa heyvanlara, sonra isə insanlara keçə biləcəyini istisna etmirlər. Bu, etibarlı şəkildə sübuta yetirilməsə də, ovçulara yoluxmuş maralların ətini yeməmək tövsiyə olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.