Sağlamlıq

Bu vitaminin əskikliyi xərçəngə səbəb olur – Nevroloq

18 Dekabr 2023 22:40
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu vitaminin ciddi defisiti xərçəngə kimi səbəb ola bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, nevroloq Kseniya Ovsyannikova vitamin əskiliyi zamanı aptekdən ovuc-ovuc vitaminlərin alınıb qəbulunu da düzgün taktika hesab etmir.

"Bəzi vitaminlərin əskikliyi onkoloji xəstəliklər yarada bilər. Bunlardan biri D və B12 vitaminidir.
B12 barədə alimlər xəbərdar ediblər.

Məhz B12 əskikliyi onkoloji xəstəlik yaradır, onun qəbulu yox. Əgər artıq insanda xəstəlik varsa, B12 qəbulu barədə həkimi ilə məsləhətləşməlidir.

B12 - kobalamin suda həll olan B qrup vitaminin ən vaciblərindəndir.

Onun atomu qanın, hemoqlobinin strukturuna bənzəyir.

Əsas rolu qan hüceyrələrinin bölünüb çoxalması, DNT və RNK-nın sintezi, sinir örtüyü - mielinin sintezi, sinir keçiriciyi və beynin işidir.

Kobalamin mütləq hər gün qida ilə orqanizmə daxil olmalıdır. Əsas mənbəyi - qaraciyər, ət, toyuq, süd, yumurta, kəsmik, pendirdir.

B12 defisitinin əsas simptomları: yorğunluq, baş ağrısı, yaddaşsızlıq, ürəkdöyünmə, əl-ayaqda ağrılar, qanazlığı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.