Sağlamlıq

Qaraciyəri təmizləyən MÖCÜZƏVİ QARIŞIM - 1 ay için

18 Dekabr 2023 06:03
Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlam qaraciyərə sahib olmaq istəyirsinizsə, iki şeyə ehtiyacınız var: Sağlam qidalanma və sağlam həyat tərzi. Qaraciyərimiz bizim üçün həyati əhəmiyyət kəsb etdirindən onu həmişə qorumalı və tez-tez detoks etməliyik. Detoks sularının məqsədi bədənimizi zəhərli maddələrdən təmizləməkdir.

Milli.Az musavat.com-a istinadən qaraciyəri aktivləşdirən və toksinlərdən arındıran möcüzəvi qarışığı təqdim edir:

TƏRKİBİ: 1 limonun suyu, 2 portağalın suyu, 7-8 təzə nanə yarpağı, 1 litr su, 2 xörək qaşığı təmiz bal.

HAZIRLANMASI: Suyu qaynadın. Nanə yarpaqlarını əlavə edin və əlavə olaraq 5 dəqiqə qaynadın. Ocaqdan götürün, portağal və limon suyunu, həmçinin rəndələnmiş limon qabığını əlavə edin. Soyuduqdan sonra balla qarışdırıb için.

1 ay ərzində həftədə iki dəfə bu qarışığı hazırlayın. Bu qarışığı həm isti və həm də soyuq içmək olar. Təqdim etdiyimiz detoks qaraciyərinizi zəhərli maddələrdən təmizləyir və sağlam saxlayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.