Sağlamlıq

Həkimlər qadının gözündən 60 diri qurd çıxardılar

11 Dekabr 2023 08:57
Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkimlər Çinin Kunminq şəhər sakininin gözündən 60 canlı parazit qurd çıxarıblar. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

Nəşrin jurnalistləri qadının gözünü qaşıdıqdan və içindən canlı qurd düşdükdən sonra xəstəxanaya getməsinə aydınlıq gətirib. Əməliyyat zamanı göz almaları və göz qapaqları arasındakı boşluğu onlarla parazitin tutduğu üzə çıxıb. Ümumilikdə həkimlər sağ gözdən 50, sol gözdən 10 qurd çıxarıblar.

Aşkar edilmiş bütün onurğasızlar Filarioidea cinsə aid olub. Onlar adətən Afrikada, eləcə də Cənubi Asiyanın bəzi ərazilərində yaşayan və həşəratlar tərəfindən yayılan dəyirmi qurdlardır. Lakin xəstə iddia edir ki, infeksiya ev heyvanlarından baş verib. Onun versiyasına görə, o, ev heyvanlarını sığallayıb, sonra əllərini yumadan gözlərinə toxunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.