Sağlamlıq

Çörəyi soyuducuda saxlamaq olar?

13 Noyabr 2023 03:40
Baxış: 1 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox insan çörək saxlayarkən səhv edir. Məsələn, onu soyuducuda saxlamaq olmaz.

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu ROSBIOTEX Universitetinin taxıl, çörəkçilik və qənnadı texnologiyaları kafedrasının müəllimi Valeri Burmatnov bildirib.

Mütəxəssisin sözlərinə görə, bu şəkildə saxlandıqda bişmiş məhsullar tez nəmini itirir və bayatlaşır. Burmatnov əlavə edib ki, soyuducunun üst rəflərində temperatur üstəgəl 2 dərəcədir və bir neçə gün ərzində bu temperaturda çörək köhnəlməyə başlayır.

O qeyd edib ki, adətən istənilən çörək və çörək məhsulları 5-6 gündən sonra köhnəlməyə başlayır.

Gələcəkdə istifadə etmək üçün çörək ehtiyatı saxlamağı sevənlər üçün mütəxəssis bişmiş məhsulları dilimlərə kəsdikdən və plastik, yaxud qidalar üçün nəzərdə tutulan folqalara qablaşdırdıqdan sonra dondurucuya qoymağı məsləhət görür. Soyuducudakı mənfi 16...18 dərəcədə bişmiş məhsullar üç-dörd aya, mənfi 25 dərəcədə isə altı aya qədər qalacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.