Sağlamlıq

Kompüter tomoqrafiyası xərçəng riskini artırır

10 Noyabr 2023 22:15
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər kompüter tomoqrafiyasının xərçəng riskini artırdığını bildirib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün bir milyona yaxın xəstənin məlumatları təhlil edilib. 

Tədqiqat "Nature Medicine" jurnalında dərc olunub .

Barselona Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) həkimləri 276 xəstəxanadan bir milyona yaxın xəstənin məlumatlarından istifadə ediblər. Yaşı 22-dən az olan xəstələrin hamısını ən azı bir dəfə rentgen əsaslı kompüter tomoqrafiyası (KT) prosedurundan keçiriblər. Hər bir xəstə üçün elm adamları qan hüceyrələrinin istehsal olunduğu sümük iliyinə çatdırılan radiasiya dozasını hesablayıblar.

100 mGy doza qan xərçənginin inkişaf riskini təxminən 3 dəfə artırıb. Bu, standart skanların (təxminən 8 mGy orta doza ilə) bədxassəli şişlərin inkişaf riskini təxminən 16% artırması anlamına gələ bilər.

Kompüter tomoqrafiyası keçirən hər 10.000 gənc üçün skrininqdən sonra 12 il ərzində bir-iki xərçəng hadisəsi ilə qarşılaşa bilərik. 

Toxumanın təsviri üçün KT-nin üstünlükləri bu proseduru son onilliklərdə geniş şəkildə istifadə etməyə imkan verir. Son illərdə istifadə olunan radiasiya dozaları əhəmiyyətli dərəcədə azalsa da, yeni tədqiqatın nəticələri xüsusilə, gənc xəstələr üçün ciddi radiasiyadan qorunma tədbirlərinə ehtiyac olduğunu göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.