Sağlamlıq

Məşhur futbolçunun arvadı 38 kilo arıqladı - Sirri budur

4 Noyabr 2023 20:37
Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağmur Sarıoğlunun illər əvvəl əldə etdiyi arıqlama macərası diqqət çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur ad hamiləlikdən sonra 88 kilodan 50 kiloya düşüb. 

2010-cu ildə futbolçu Sabri Sarıoğlu ilə ailə quran təyyarə pilotu Yağmur Sarıoğlu hamiləliyi dövründə 88 kiloya qədər çəki alıb.

Ancaq Yağmur Sarıoğlu inanılmaz əzmkarlıq və sağlam qidalanma ilə bu artıq çəkidən xilas ola bilib.

Yağmur arıqlama prosesində aralıq oruc tutma üsuluna üstünlük verib. Bu üsul gündə iki dəfə yemək yeməyi nəzərdə tutur; səhər yeməyi və şam yeməyi.

Fasiləli oruc tutma üsulu ilə heç nə yemədən 16 saat gözləmək lazımdır. Növbəti 8 saat ərzində yeməyə icazə verilir. Yuxu saatları da bu müddətə daxildir.

Bundan əlavə, Yağmur Sarıoğlu sağlam qidalanma və müntəzəm gəzintilərə diqqət yetirib. O, həmçinin müntəzəm olaraq kardio məşqləri edərək sağlam şəkildə arıqlayıb.

Nəticədə Sarıoğlu 88 kilodan 50 kiloya düşə bilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.