Sağlamlıq

Düyünü bişirəndən sonra uzun müddət saxlamayın, yoxsa...

3 Noyabr 2023 05:06
Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bişmiş və otaq temperaturunda qalan düyü "bacillus cereus" adlı təhlükəli bakteriyalar üçün çoxalma yeri ola bilər. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu bakteriyalar kifayət qədər istiliyə davamlı olduqlarına görə, onları öldürmək üçün qaynatmaq və qızdırmaq kifayət etmir.

Düyü bişdikdən sonra onu dərhal süfrəyə vermək və ya dondurucuya qoymaq məsləhətdir. Bişmiş düyü otaq temperaturunda bir saatdan çox qalmamalıdır. "Bacillus cereus" bakteriyası qida zəhərlənməsinə səbəb olur.

Yüksək temperatura, su çatışmazlığına və digər fiziki amillərə davamlı torpaq mikroorqanizmidir. Yoluxduqda yüksək hərarət və ümumi intoksikasiya baş verir. Bəzi hallarda qaraciyər funksiyasına ciddi ziyan vurur və ölümcül nəticələr mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.