Sağlamlıq

Sızanaqlardan qurtulmağın sadə yolu tapıldı

30 Oktyabr 2023 08:26
Baxış: 1 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tafts Universitetinin (ABŞ) tədqiqatçıları müəyyən ediblər ki, B5 və D vitaminləri, probiyotiklər və yaşıl çay ekstraktı sızanaqları müalicə etməyə kömək edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, alimlər ümumilikdə üç mindən çox insanın iştirak etdiyi 42 elmi məqalənin nəticələrinin meta-analizini aparıblar.

Bu tədqiqatlar sızanaqların müalicəsində qidalandırıcıların rolunu qiymətləndirib. Bunlar vitaminlər, minerallar, bitki ekstraktları, amin turşuları və s. pəhriz əlavələridir.

Nəticələr göstərib ki, sadalanan qidalandırıcılar sızanaqları müalicə etməyə kömək edə bilər. Beləliklə, D vitamini qəbulu səkkiz həftəlik müalicədən sonra üz dərisinin iltihablı zədələnmələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub, B5 vitamini isə üz zədələrinin ümumi şiddətini 68% azaldıb. Yaşıl çay ekstraktının qəbulu burun, ağız və çənə nahiyəsindəki iltihablı sızanaqların azalması ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.