Sağlamlıq

Kiloqramı 3 min avroya satılır

29 Oktyabr 2023 12:38
Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Trüfel göbələkləri dünyanın ən bahalı göbələk növlərindən biridir. Kiloqramı 3 min avroya qədər olan bu tərəvəz güclü ətir və dada malikdir. O, təkcə ləzzətli deyil, həm də insan sağlamlığı üçün faydalıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu göbələk vitamin və minerallarla zəngindir. Tərkibində A, B, C və D vitaminləri, dəmir, sink, fosfor və kalium kimi minerallar var. Bahalı, eyni zamanda müalicəvi qida kimi tanınır.

Antioksidan xüsusiyyətlərə malikdir. Sərbəst radikalların zərərli təsirlərini azaltmağa kömək edən antioksidanları ehtiva edir. Xərçəng riskini azalda bilər. Xərçəng hüceyrələrinin böyüməsini və yayılmasının qarşısını alan antioksidanları ehtiva edir.

Ürək sağlamlığını dəstəkləyir. Trüfel xolesterol səviyyəsini aşağı salmağa və qan axınını yaxşılaşdırmağa kömək edən antioksidanlarla zəngindir. İmmunitet sistemini gücləndirir. Həzmi yaxşılaşdırır. Tərkibi liflərlə boldur.

Dərinin sağlamlığını qoruyur. Belə ki, tərkibində dəri hüceyrələrini bərpa etməyə və dərinin yaşlanmasını gecikdirməyə kömək edən antioksidanlar vmövcuddur.

Bu göbələklər adətən çiy yeyilir. Bununla belə, bişmiş halda da istehlak edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.