Sağlamlıq

Uzunömürlülük meyvəsinin faydaları

14 Oktyabr 2023 03:45
Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əncir Bakının simvoludur. Əncir və qurusu əksər xalq təbabəti reseptində var.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, əncir barədə dini kitablarda da yazılıb.

Müasir elm də sübut edib ki, əncir A, B, C vitaminləri və kalsium, kaliy, maqniy, marqans, sinklə zəngindir.

Təzə və quru əncir güclü antioksidantdır, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur.

Əncirin faydası:

- Həzm sistemi

Qəbizliyin qədimdən çarəsi hesab edilir. Çünki əncirdə çox lif və prebiotiklər var. Əncir yemək bağırsaqda iltihabı azaldır. Hamilələrə, yaşlı insanlara xüsusilə vacibdir.

- Təzyiq problemi

Xroniki təzyiq xəstəliyinin bir səbəbi də bədəndə natriumun çox, kaliumun az olmasıdır. Əncir bu disbalansı düzəldir, təzyiqi normallaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.