Sağlamlıq

Bu üsulla arıqlayanlara XƏBƏRDARLIQ - FOTO

28 Sentyabr 2023 04:42
Baxış: 1 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ev işləri görmək və eyni zamanda fiquranı yaxşılaşdırmaq üçün məşq etmək hər kəsin xəyalıdır. Bir çox istehsalçılar da bunun üçün müxtəlif məhsullar istehsal edirlər.

Bu məhsullardan biri də "sehrli" başmaqlardı. İstehsalçılar iddia edirlər ki, gündə 15 dəqiqə istifadə artıq yağları əritməyə və ayaqları formaya salmağa kömək edəcək. Bildirilir ki, onlarda məşq etmək həmçinin orqanizmdə şişkinliyi aparır, duruşu yaxşılaşdırır və əzələləri gücləndirir.

Bu vədlər arıqlamaq istəyən bir çoxlarını şirnikləndirsə də, mütəxəssislər əks təsirlər barədə xəbərdarlıq edirlər.

Elm adamlarının sözlərinə görə, bu başmaqlar arıqlamağa kömək etmir. Onlar əzələ qruplarının belə kiçik iştirakı ilə nəticənin olacağına şübhə ilə yanaşıblar.

Həmçinin mütəxəssislər belə ayaqqabılardan istifadənin təhlükəli olduğunu da vurğulayıblar. Belə ki, ayaq biləyi lazım olan anda hərəkətə gəlmir. Bilək səthlə təmasa reaksiya vermədiyi üçün də ayaq bükülə bilər, bu isə travma ilə nəticələnə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.