Sağlamlıq

Əzələ və sümüklərin ağrımasının səbəbi bilindi

24 Sentyabr 2023 03:54
Baxış: 1 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

D vitamini əskikliyinin bədəndə xoşagəlməz və ağrılı simptomları açıqlanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, nutrisoloq Yuliya Savelyeva soyuq aylarda D vitamin əlavəsi qəbul etməyin vacibliyini bildirib.

"D vitamini əskik olanlar qrupuna hamilələr, südverən analar, açıq havada az olanlar, xəstələr, yaşlılar, uşaqlar, vegeterianlar, zəif qidalananlar və öd kisəsi əməliyyat olunanlar daxildir.

Bəzən insanlarda depressiya, əhvalsızlıq, sümük, əzələ ağrıları olur və bunu başqa səbəblərə yozurlar.

Əgər sizdə bu əlamətlər varsa, deməli D vitamini əskikdir.

- Tez-tez əhvalın pisləşməsi
- İştahın itməsi

- Əzələlərdə qıcolmalar, ağrı
- Yuxusuzluq

- Həyəcan, təşviş
- Sümüklərdə ağrı

Özünə nəzarəti itirənlərdə qanda bu vitamin çox aşağıdır. D vitamini əlavəsi ilə yanaşı ət, süd məhsulu, yağlı balıq, balıq qaraciyəri və yumurta sarısı yemək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.