Sağlamlıq

Demensiya riskini azaltmaq üçün bu qidalardan UZAQ DURUN

21 Sentyabr 2023 23:56
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlam qidalanma qan dövranını normallaşdırdığına görə demensiya riskini azaldır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, yetkinlik dövründə demensiyanın inkişaf riskini azaltmaq üçün mütəxəssislər beyin fəaliyyətini (oxumaq, problemlər və ya tapmacalar həll etmək), gündəlik rejimə sadiq qalmağı və bol-bol sağlam qidalarla düzgün qidalanmağı tövsiyə edir.

Həkimlərin fikrincə, sağlam qidalanma demensiya riskini demək olar ki, yarıya qədər azalda bilər. Bitki qidalarının bolluğu və zərərli məhsulların qida rasionundan xaric edilməsi qan dövranını yaxşılaşdırmağa, qan damarlarını və ürək əzələlərini gücləndirməyə, demensiya inkişaf riskinin azalmasına kömək edir.

Mütəxəssislər yaşlı insanda demensiya riskini azaltmaq üçün əhəmiyyətli dərəcədə məhdudlaşdırılmalı olan qidaların siyahısını tərtib ediblər.

Qızardılmış və "fast food"kimi qidalar həftədə bir dəfədən çox yeyilməməlidir. Həmçinin həftədə 1-2 dəfədən çox olmamaqla, mütəxəssislər qırmızı ət, kəsmik yeməyi məsləhət görürlər. Xəmir yeməklər və desertlər həftədə üç dəfədən çox olmayaraq yeyilməlidir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.