Sağlamlıq

Bədəndəki hansı ləkələr təhlükəlidir? - Onkoloqdan AÇIQLAMA

14 Sentyabr 2023 20:45
Baxış: 1 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bədəndə xallarla yanaşı ləkələr də təhlükəli ola bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, onkoloq Denis Romanov dəridə hansı ləkələrə diqqət yetirməli olduğunuzu açıqlayıb.
"Qanayan, qırmızı, çəhrayı ləkələrlə çox ehtiyatlı olun. Ləkənin üzərində qırmızı, qəhvəyi qabıq, xora varsa, təcili yoxlanmalısız. Bu bazalioma ola bilər. Bu ləkələr həddən artıq günəş şüalanmasına məruz qalanda olur. Risk qrupunda açıq sarı rəngli insanlar, açıq dəri tipləridir.
Əgər insanda immundefisit, papilomma virusu varsa, dəri travmaları daha təhlükəli ola bilər.
Dəridə olan təhlükəli xal və ləkələr onkologiyanın əlaməti ola bilər, bu zaman erkən diaqnoz həyat qurtarır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.