Sağlamlıq

Dişlərin müalicəsi üçün YENİ ÜSUL - Plomb dövrü bitir?

27 Avqust 2023 22:00
Baxış: 2 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öz diş minanızı kök hüceyrələrlə bərpa etmək plomb qoydurmaqdan daha yaxşıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtondan olan alimlər bildiriblər.

Doktor Ruhola-Beyker və onun həmkarları kök hüceyrələrin ameloblastlara, diş minasını əmələ gətirən hüceyrələrə çevrilə biləcəyini yoxlayıblar. Alimlər xüsusi bir dərman kokteylində mühəndislik üsulu ilə hazırlanmış ameloblastların təbii zülallarla eyni zülalları istehsal etdiyini müşahidə ediblər.

"İzvestiya" qəzetinin yazdığına görə, başqa bir kokteyl kök hüceyrələrin odontoblastlara, dişin xarici minasının altındakı sərt toxuma növü olan dentini istehsal edən hüceyrə növünə çevrilməsinə təkan verib.

Hələlik bu tədqiqat tibbi müalicənin konsepsiyasına dair bir sübutdur. Alimlər klinik sınaqlara başlamaq üçün mina istehsalını artırmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.