Sağlamlıq

Siqaret çəkən yeniyetmələr daha aqressiv olur – ARAŞDIRMA

25 Avqust 2023 02:54
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər siqaretin yeniyetmələrin zehni qabiliyyətinə təsirini araşdırıblar. 

Milli.Az lent.az-a istinadən bildirir ki, xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, siqaret çəkən yeniyetmələrdə beynin iki mühüm hissəsində boz maddənin miqdarı azalır.

Hazırda siqaret dünyada ən çox yayılmış asılılıq hesab olunur. Bu, həm də böyüklər arasında əsas ölüm səbəblərindən biridir. Siqaretə aludəçilik daha çox yeniyetməlik dövründə baş verir.

Dünya alimləri qrupu Böyük Britaniya, Almaniya, Fransa və İrlandiyanın 800-dən çox sakinini tədqiqata cəlb edib. Mütəxəssislər müxtəlif vaxtlarda beyinlərinin MRT-lərini müqayisə ediblər. İştirakçılar şəxsi keyfiyyətləri ilə bağlı sualları da cavablandırıblar. Tədqiqatçılar daha sonra 14 yaşından siqaret çəkməyə başlayanları çəkməyənlərlə müqayisə ediblər.

Məlum olub ki, 14 yaşında siqaret çəkməyə başlayanlarda beynin sol ventromedial prefrontal korteksində emosiyaların idarə olunmasında, qərarların qəbulunda və özünü idarə etmədə rol oynayan boz maddə nisbətən az olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.