Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şalqam suyu adlanan alkoqolsuz ferment içki qardaş ölkə Türkiyəyə aiddir.
Milli.Az xəbər verir ki, Türkiyənin cənub bölgələrində kəşf olunan şalgam suyu maraqlı ləzzəti və özünəxas dadıyla hərkəsin diqqətini cəlb edir.
Şalğam suyu nədən hazırlanır?
Bu əvəzsiz içkini hazırlamaq üçün qara yerkökü, şalğam turpu, duz, fermentasiya üçün noxud və ya bulğurdan istifadə olunur. Acısevərlər üçün istəyə görə acı bibər də əlavə oluna bilər.
Qırmızımtıl və turşməzə olması ilə bilinən bu içki alternativsiz olaraq süfrələri bəzəyir. Şalqam suyu tərkibindəki laktik asit səbəbiylə həzm sisteminə müsbət təsir göstərdiyindən və bir çox ferment məhsullarda olduğu kimi iştah açıcı içki olduğu üçün əcnəbi xalqların da geniş tələbatına çevrilərək sevimli bir içki halına gəlmişdir.
Şalğam suyundan müntəzəm istifadənin faydaları:
Bir insan bədənində heceyrələrinin 10 qatı yəni,təxminən 100 trilyon faydalı bağırsaq mikrobu (probiotik) yaşayır. Gündəlik mineral və vitaminlərin alınmaması,hərəkətsiz həyat tərzi, GMO-lu məhsullarla pis qidalanma, həddən artıq dərman qəbulu, qeyri düzgün antibiotik istifadəsi və ya stress kimi mənfi amillər vücudun probiotik balansını pozur. Pozulan probiotik balans immun sistemin zəifləməsinə, sağlam yaşamın mənfi təsirinə,hətta, məhdudlaşdırmasına səbəb ola bilir. Bu xəstəliklərə yoluxmamaq və sağalmaq müddətini sürətləndirmək üçün probiotik özəlliyə sahib olan təbii qidalarla bəslənmək bütün alimlər tərəfindən təşvik edilir. Bağırsaqlardakı bakteriya balansının pozulması nəticəsində qida həzminin çətinləşməsi, ishal kimi bir çox sağlıq problemlərinə səbəb olur. Tərkibindəki yararlı bakterialar sayəsində şalqam suyu yetərli qədər gündəlik içildikdə bağırsaqlardakı yararlı bakteriya miqdarını artıraraq bağırsaq florasını mükəmməl qoruyur.
Bağırsaq dostu şalqam suyu ishalı müalicə etməklə yanaşı, laktik asit köməyi ilə metobalizmi sürətləndirir, mədə və qaraciyərə müsbət təsir göstərərək qəbzlik problemini də aradan qaldırmağı bacarır.
Libidonu yüksəldən və cinsəl həyata müsbət yöndə təsir edən qidalar Afrodizyak adlanır.Şalqam suyunun qan axışını daha sürətli hala gətirərək cinsi həvəsi pik səviyyəyə yüksəltdiyi ,həmçinin sperma keyfiyyətini dəstəklədiyi bilinməkdərir.Şalqam suyu afrodizyak içki olması səbəbiylə cinsi istəyi artıran şəfa mənbəyidir.
Tərkibindəki A,B,C ,E vitaminləri ilə yanaşı, Kalium, Kalsium, Dəmir vitaminləri ilə zəngindir. Başda C vitamini sayəsində günlük C vitamini ehtiyacını qarşıladığı kimi, qrip və qış aylarında soyuqdəyməyə qarşı təbii antibiotikdir. Xəstəliklərlə mübarizə göstərməyə, immun sistemimizi gücləndirməyə kömək edən şalqam suyu sidikqovucu özəlliyi ilə iltihablanmanı təbii yollarla xaric edir.Habelə tütün məhsullarının ağciyər və bronxlara verdiyi zərərləri minimuma endirərək antioksidant özəlliyi ilə təmizləyir. Beləliklə, xərçəng hüceyrələrinin vücudda yayılmasını əngəllədiyindən şalqam suyu həm də "Flavonoid antioksidant" qida sayılır.
A, Dəmir, Kalium, Kalsium sayəsində sümük inkişafı, diş və diş əti sağlığına dəstək olur və güclənməsini artırır.Sümüklərdə yarana biləcək deformasiyaları əngəlləyir. Bununla yanaşı, E vitamini və mis mineralı ilə birlikdə saç köklərini gücləndirərək həm saçların tökülməsini, həm də, tez ağarmasını önləyir. Stressi önləyərək sinir sistemini rahatladan şalqam içkisi dəri qırışıqlığına da qarşıdır.Antioksidant özəlliyi sayəsində dərinin tez qocalmasına və bürüşməsinə səbəb olan zərərli maddələri bədəndən xaric edərək erkən qocalmanı önləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
XƏBƏR LENTİ
-
Qazaxda kişi qazdan boğulub öldü
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Bakıda kişi evində ölü tapıldı
-
Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Ağdamda itlər məktəbli qıza hücum edib
-
“Turan Tovuz” “Şamaxı”ya qalib gəldi
-
Gədəbəydə 6 yaşlı uşağı maşın vurdu
-
BDU-dan Məleykə Abbaszadə ilə bağlı yayılan xəbərə cavab
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
-
İnsan öləndən sonra bədənində hansı dəyişikliklər baş verir?
-
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
-
Məşhur uşaq südü ilə bağlı qalmaqal - Laboratoriyadan şok nəticə
-
“Real Madrid” Kurtua ilə müqavilənin müddətini uzatdı
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Azərbaycan və Vyetnam strateji tərəfdaşlığın yeni gündəliyini formalaşdırır: əsas prioritetlər
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
İtkin düşən 4 nəfər tapıldı
-
Kartoçkasız müharibə: Kreml cibləri qoruyur
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Vyetnamın birinci xanımı No Fon Li Hanoyda İrs Evində olublar - (Foto\Video)
-
Eyyub Quliyev İtaliyada keçirilən ilk Aralıq dənizi Beynəlxalq Dirijorlar Müsabiqəsinin münsiflər heyətində Azərbaycanı təmsil edib - (Foto)
-
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Prezident İlham Əliyev: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq
-
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - (Video/Foto)
-
Turistləri heyrətə gətirən ölkə: Küçələrində bu mənzərə ilə qarşılaşacaqsınız





