Sağlamlıq

Pomidor yeyənlər daha çox yaşayır

27 İyun 2023 11:10
Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pomidor bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edir, ürək-damar sisteminin işini normallaşdırır. Pomidorda olan çoxlu kalium, xolin, likopen, beta-karotin, lutein və zeaksantin qan damarlarının divarlarını gücləndirməyə, "pis" xolesterinin səviyyəsini və qan laxtalanma riskini azaltmağa kömək edir. Bundan əlavə, pomidor sevənlər bir qayda olaraq, təzyiqlə bağlı problem yaşamırlar. 

Pomidorun aşağı kalorili olması maddələr mübadiləsi üçün son dərəcə faydalıdır. Müntəzəm istifadə köp və qəbizliyi aradan qaldırır, görmə qabiliy­yətini artırır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Kanada alimləri müəyyən ediblər ki, gündə 3 pomidor yeyən insan, onu sev­məyəndən orta hesabla 5 il sonra yaşla bağlı ilk dəyişikliyi hiss edir.

B vitaminləri ilə zəngin olduğu üçün çiy yeyiləndə qanda qlükozanı azaldır. 

Pomidor qanda sərbəst radikalları neytrallaşdıran və xərçəng riskini azal­dan antioksidantlarla və vitaminlərlə zəngindir. Xüsusilə, prostat, mədə və kolorektal xərçəngin qarşısının alınma­sında təsirlidir.

Tərkibində fosfor, maqnezium, ka­lium və kalsium olduğundan sümüyü gücləndirir, osteoporozun qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.